“Google Play” mağazasında casus proqramlar aşkar edilib - Ehtiyatlı olun
- 2-04-2019, 20:30
- 990
“ICTnews”a istinadən xəbər veririk ki, “Exodus” adlandırılmış zərərverici element 2016-cı ildən 2019-cu ilin əvvəlinə kimi aktiv olub.
Zərərverici mobil operatorların tətbiqi və ya qurğuların işinin təkmilləşdirilməsi üçün xidmət proqramı adı altında maskalanıb.
“Motherboard” nəşrinin məlumatına görə, 2 il ərzində “Google Play” mağazasında 20-dən çox proqram yerləşdirilib.
Jurnalistlərin məlumatına görə, bu zərəverici proqram təminatı izləmə kameralarının hazırlanması ilə məşğul olan “eSurv” şirkəti tərəfindən İtaliya hökumətinə satılıb.
İtaliya hökuməti qurğu vasitəsilə istifadəçiləri gizli dinləmək, həmçinin brauzerin tarixçəsinə, təqvim yazılarına, istifadəçinin olduğu yerlərə, çatlara və başqa şəxsi məlumatlara giriş imkanı əldə edib.