AKP qərarını verdi - Seçki nəticələrinə etiraz edəcək
- 2-04-2019, 13:12
- 986
“Milliyet”ə istinadən verdiyimiz xəbərə görə, partiya açıqlamasında bildirib ki, bu gün Türkiyə vaxtilə saat 15:00-a qədər İstanbulun 39 rayonunda seçkilərin nəticələrinə etiraz edəcəklər.
Qeyd edək ki, Millət İttifaqından (CHP) olan namizəd Əkrəm İmamoğlu səslərin 48,79 faizini (4 milyon 169 min 987) qazanaraq İstanbul bələdiyyəsinin rəhbəri seçilib.