Gürcüstanda azərbaycanlı bələdiyyə üzvü rüşvətə görə saxlanıldı

Dünya

Gürcüstanın Marneuli rayon bələdiyyə məclisinin (sakrebulo) üzvü Rəhim Əsgərov rüşvət faktı ilə bağlı saxlanılıb.

"Report"a istinadən xəbər veririk ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları R.Əsgərovun evində axtarış aparırlar.

R.Əsgərov müxalif Vahid Milli Hərəkat Partiyasının üzvüdür. O, Marneuli sakrebulosunun binası yaxınlığında saxlanılıb.