İstanbulda yaşayış binası çökdü, yaralılar var

Dünya

İstanbulun Maltəpə qəsəbəsində 6 mərtəbəli yaşayış binası baş vermiş partlayışdan sonra çöküb.

“Milliyet”ə istinadən xəbərə görə, binada 12 ailənin yaşadığı, xəsarət alanların olduğu bildirilir.

Hazırda hadisə yerinə polis, FHN əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.