Rusiya Türkiyəyə qarşı sanksiyaları ləğv etdi
- 6-02-2019, 17:37
- 1 260
Rusiya mətbuatına istinadən verdiyimiz xəbərə görə, fərmana əsasən Türkiyəyə qarşı müəyyən məhdudlaşdırıcı tədbirlər ləğv edilib.
Belə ki, Rusiyaya səyahət edən Türkiyə vətəndaşları- iş adamları və yük maşını sürücüləri üçün viza rejimi olmayacaq.
Həmçinin, 2015-ci ilin noyabrında tətbiq edilən bəzi iqtisadi sanksiyalar da aradan qaldırılıb.