Azərbaycanlı iş adamı güllələnərək ÖLDÜRÜLDÜ - Rusiyada
- 2-02-2019, 13:57
- 1 485
Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə dünyasını dəyişib.
Hadisə 31 yanvardan 1 fevrala keçən gecə olub. Onun dəqiq kimlər tərəfindən öldürüldüyü hələlik müəyyənləşməyib. R. Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub.
İş adamının cənazəsi ekspertizadan sonra Azərbaycana gətiriləcək.