Ukraynanın prezidenti azərbaycanlı ola bilər

Dünya

Ukraynanın Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov prezidentliyə namizədlik üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.

MSK beş gün müddətinə R.Nəsirovun müraciətinə baxacaq.

Qeyd edək ki, Ukraynada seçki kampaniyası dekabrın 31-də başlayıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.