İstanbulda vertolyot qəzaya düşdü

Dünya

Türkiyədə vertolyot qəzaya düşüb.

xalqxeber.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulda yanğınsöndürmə vertolyotu qülləyə çırpılıb. Hadisə yerinə xeyli sayda xilasedici və yanğınsöndürmə briqadası göndərilib. İtki barədə hələlik məlumat yoxdur.