Türkiyədə dollar şoku bitdi - Kritik səviyyə...

Dünya

Türkiyə lirəsi ABŞ dolları qarşısında bir az da güclənib.

Hazırda 1 ABŞ dolları 5.28 lirəyə bərabərdir. Dünən gecə isə bu rəqəm 5.27 idi.

1 avro isə 6.04 lirəyə satılır.

Buna səbəb kimi dolların dünya bazarında zəifləməsi göstərilir.

Ekspertlər qısa müddət ərzində bunun davam edəcəyini gözləyir. Onlar hətta lirənin daha da güclənəcəyini, 1 dolların 5.10 lirəyə bərabər olacağını ehtimal edirlər.