İnterpol yeni prezidentini seçdi

Dünya

Beynəlxalq Cinayət Polisi İdarəsinə (İnterpol) yeni prezident seçilib.

Bu barədə təşkilat tvitter hesabında məlumat yayıb. İnterpola Cənubi Koreya nümayəndəsi Kim Çon Yan rəhbərlik edəcək. O, 2 il bu vəzifəni icra edəcək.

Xatırladaq ki, İnterpolun sabiq rəhbəri Men Hunvey bu ilin sentyabrında yoxa çıxıb. Daha sonra məlum olub ki, o, Çində saxlanılıb və istintaqa cəlb edilib.