Tomris ana həbs edildi - Mərənddə

Dünya

Azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi Mərənd şəhərində saxlanılıb.

ETTALAAT məmurlarının heç bir dəlil söyləmədən fəalı özləri ilə apardığı bildirilir.

Qeyd edək ki, “Tomris ana” ləqəbi ilə tanınan Həkimə Əhmədinin iki uşağı var. O ötən aylarda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq 3 gün saxlandıqdan sonra 100 milyon tümənlik girov qarşılığında sərbəst buraxılıb.