Hərbi təyyarə qaçqın düşərgələrinə səhvən aviazərbə yetirdi - 100-dən çox ölü

Dünya

Nigeriya Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə “Boko Haram” terrorçularına qarşı əməliyyat zamanı səhvən qaçqın düşərgələrinə aviazərbə yetirib.

Hadisə nəticəsində humanitar təşkilatların əməkdaşları da daxil olmaqla 100-dən çox insan həlak olub.

Hücum Kamerunla sərhəddə Borno ştatındakı Rann bölgəsində həyata keçirilib.

Hazırda düşərgədən yaralılar evakuasiya olunurlar.