ABŞ Fələstin səfirinin ailəsini ölkədən çıxarır
- 17-09-2018, 11:35
- 1 264
Bu barədə Fələstin Azadlıq Təşkilatı (FAT) missiyasının Birləşmiş Ştatlardakı baş nümayəndə heyətinin rəhbəri Husam Zomlot bildirib. Onun sözlərinə görə, ailəsi hökümətin bu xahişini təəccüblə qarşılayıb: “Mənim ailəmin və övladlarımın təcili ABŞ-ı tərk etməsini istəyiblər. Onlar Ramallaha gedirlər”.
Qeyd edək ki, sentyabrın 10-da ABŞ Dövlət Departamenti Vaşinqtonda FAT-ın diplomatik missiyasını bağlanması barədə qərar qəbul edib.