Ukraynada azərbaycanlı ailə gülləbaran edilib

Dünya

Ukraynanın Donetsk vilayətinin Budyonnovskiy rayonu ərazisində azərbaycanlı iş adamına məxsus minik avtomobili gülləbaran edilib.

Open.az-ın əldə etdiyi məlumata görə, əslən Azərbaycanın Şəmkir rayonundan olan, 1978-ci il təvəllüdlü Əmirov Qulu Həsənalı oğlu və həyat yoldaşı Lyudmila Əmirova hadisə nəticəsində ölüblər.

İş adamı və həyat yoldaşı rayon sakinləri olub və ailəvi biznes ilə məşğul olublar.