Azərbaycanlı mafiya lideri Ənbər Sadıxov İstanbulda yaxalandı
- 30-08-2018, 11:30
- 1 795
Otelə basqın zamanı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən mütəşəkkil qruplaşma lideri olmaqda, dələduzluq və digər cinayətlərdə ittiham olunaraq İnterpol xətti ilə axtarışa verilən Sadıxov tutulub. O, İstanbul Əmniyyət Müdirliyinə aparılaraq dindirilib. Sadıxovun Azərbaycana ekstradisiyası üçün proseduran başladılacağı bildirilir.
Yaxalanan şəxsin ötən il Maltepe həbsxanasından Erzurum həbsxanasına etap edilərkən yolda qaçdığı da üzə çıxıb. O, Türkiyədə soyğunçuluq cinayətinə görə həbs edilibmiş.