Moskvada tunel çökdü - Ölənlər var

Dünya

Yeni Moskvada Kaluqa şosesində inşa edilən tunel çöküb

Bu barədə Lenta.ru-ya xüsusi xidmətlərdə olan mənbə bildirib.

“Kaluqa şosesinin 23-cü km-də inşa edilən təxminən 40 kvadratmetr ərazidə çökmə baş verib”, - agentliyin həmsöhbəti bildirib.

Hazırda yalnız bir ölən haqqında məlumat var.

Dağıntılar altında üç-dörd nəfər qala bilər.