Angela Merkel ilk dəfə Ermənistanda - Foto

Dünya

Gürcüstan səfərini başa vuran Almaniya kansleri Angela Merkel ilk dəfə olaraq İrəvanda rəsmi səfərdədir.

Erməni KİV-nə istinadən xəbər veririk ki, Almaniyanın hökumət başçısını hava limanında həmkarı Nikol Paşinyan qarşılayıb.

Merkel, eyni zamanda Ermənistan prezidenti Armen Sarkisyanla da görüşəcək.

Qeyd edək ki, almaniyalı kanslerin Ermənistan səfəri başa çatdıqdan sonra sabah Bakıda olacaq.