Nikol Paşinyan: “İlham Əliyevlə görüşə hazıram”

Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan Qətərin “Əl-Cəzirə” kanalına müsahibə verib.
xalqxeber.az xəbər verir ki, Paşinyan müsahibəsində Dağlıq Qarabağ münaqişəsi, Ermənistandakı inqilab və Türkiyə ilə bağlı sərhəd xətti barədə danışıb.

Nikol müsahibəsində bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ilə üz-üzə görüşə artıq hazırdır. Bundan başqa Paşinyan Ermənistanın Türkiyə ilə qeyd-şərtsiz diplomatik münasibətlər qurmaq niyyətində olduğunu bildirib.