Azərbaycanlı mühacir Hollandiyada kampda intihar etdi
- 6-06-2018, 14:04
- 1 520
Hadisə ötən gün gecə saatlarında baş verib. Polis həmvətənimizi Azərbaycana göndərmək üçün onun qaldığı kampa gəlib. Lakin o, getməmək üçün üstündəki ülgüclə damarlarını doğrayıb.
Xəstəxanaya çatdırılan həmvətənimizin həyatını xilas etmək mümkün olmayıb.
Məlumatda deyilir ki, o, bir müddət əvvəl Almaniyadan Hollandiyaya göndərilib. İlk sığınacaq istədiyi ölkə Almaniya olub və o, bura 2016-cı ildə gəlib.
Deportasiya kampında qalan azərbaycanlıların sözlərinə görə, onun cənazəsinin yaxın günlərdə Azərbaycana göndəriləcəyi gözlənilir.