İlk dəfə müsəlman aktyor "Oskar" aldı - FOTO

Dünya

Xəbər verdiyimiz kimi, "Oskar 2017"nin qalibləri məlum olub.

Xarici KİV-ə istinadən məlumata görə, 89-cu Oskar mükafatlandırma mərasimində bir ilk baş tutub.

Əli Maherşala "Moonlight" ("Ay işığı") filmindəki roluna görə "İkinci planda ən yaxşı aktyor" mükafatını qazanıb.

Qeyd edək ki, o, "Oskar" alan ilk müsəlman aktyordur. "Moonlight" həmçinin "Ən yaxşı film" kateqoriyasında da qalib olub.