Ukraynada oğurlanan deputatın başında torba ilə FOTOLARI paylaşıldı

Dünya

Məlumata görə, fevralın 23-də oğurlandığı məlum olan Ukraynanın xalq deputatı Aleksey Qonçarenko artıq təhlükəsizlikdədir. Bununla belə, onun başında torba ilə istilik batareyasına bağlanmış halda şəkilləri paylaşılıb. Fotoları onun fraksıyadan olan həmkarı Vladimir Aryev özünün facebook səhifəsində paylaşıb.

«Qonçarenko tapıldı. Oğurlayan sepraratçıdır. Saxlanılıb. Məlum olub ki, o, Liman Rayon şurasının deputatı, 2014-cü ilin may ayının 2-də Həmkarlar Evində öldürülən antimaydançının atasıdır. Oğurlama məqsədi - intiqam», - deyə Vladimir Aryev yazıb.

faktxeber.com