Müsəlman Britaniya daxili işlər naziri oldu
- 30-04-2018, 16:55
- 1 625
TASS agentliyinə istinadla xəbər veriril ki, bununla bağlı məlumat hökumətin mətbuat xidməti tərəfindən yayımlanıb.
Qeyd edək ki, Mühafizəkarlar Partiyasının üzvü olan Sacid Cavid 1969-cu il dekabrın 5-də Britaniyanın Roçdeyl şəhərində doğulub.
Sabiq baş naziri Devid Kemeronun başçılıq etdiyi I və II hökumətlərin üzvü olub. 2016-cı il iyunun 14-də Tereza Mey hökumətində icma və yerli özünüidarəetmə üzrə nazir olub.
Xatırladaq ki, aprelin 29-da Böyük Britaniyanın daxili işlər naziri Ember Radd istefa verib.