Təbrizdə Ruhaninin çıxışı kəsildi: milli çağırış edildi - VİDEO
- 25-04-2018, 11:36
- 1 936
Dünən Təbrizə səfər edən İran Prezidenti Həsən Ruhaninin çıxışını izləməyə gələn bir qrup azərbaycanlı tələbə prezidentin çıxışına mane olaraq, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan”, “Urmu gölü susuzdur – Azərbaycan oyanmasa uduzdu” və s. kimi milli şüar səsləndirib.
Qeyd edək ki, azərbaycanlı milli fəalların H.Ruhaniyə etiraz etmələrinin əsas səbəbi İranda prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına türk dili və Urmu gölü ilə bağlı verdiyi vədlərə hələ də əməl etməməsi olub.