Ermənistanda "Xalq məxməri inqilabı" elan edildi
- 17-04-2018, 14:51
- 1 646
Ermənistan mediasına istinadən xəbər veririk ki, deputat erməni xalqını küçələrə toplaşmağa və dövlət orqanlarının fəaliyyətini iflic eləməyə çağırıb.
Dinc aksiya keçiriləcəyini deyən Nikol Paşinyan "Oturaq aksiyalar keçirəcək, heç kimi dövlət binalarına daxil olmağa imkan verməyəcək, binalardan çıxmaq istəyənlərə isə bizə qoşulacaqları təqdirdə icazə verəcəyik" fikirlərini qeyd edib.