Ruhani Əsədə zəng etdi - “Yanındayam”
- 14-04-2018, 15:27
- 1 925
“Hurriyet”ə istinadən verdiyimiz məlumata görə, Ruhani İranın Suriyada Əsəd rejimini dəstəklədiyini bildirmək üçün həmkarına zəng etdiyini bildirib.
“Əsədə zəng edərək yanında olduğumuzun mesajını verdim”, - deyə İran lideri söyləyib.
B. Əsəd isə Ruhaniyə bildirib ki, Qərb artıq nəzarəti itirdiyinə görə hücumu həyata keçirib:
“ABŞ, Britaniya və Fransanın raket zərbələri mübarizənin davam etdirilməsi və ölkənin hər qarışında terrorizmə qarşı mübarizədə Suriya xalqının qətiyyətini artıracaq”.