Təyyarəyə gecikən azərbaycanlı qapını sındırdı
- 6-04-2018, 11:24
- 1 473
Türkiyə KİV-nə istinadən xəbər veririk ki, Elşad Hüseynzadə adlı sərnişin Moskvadan Atatürk aeroportunda eniş edib, oradan isə Bakıya uçmağa hazırlaşıb. Lakin qapıların bağlandığını öyrənən sərnişin giriş qapısını yumruq-təpiklə açaraq təyyarəyə doğru qaçmağa başlayıb.
Polis Hüseynovun təyyarəyə girişinə mane olub. Spirtli içkinin təsiri altında olduğu məlum olan sərnişin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.