Almaniyada it ev sahiblərini parçalayıb

Dünya

Almaniyada it ana-balanı öldürüb.

Xarici mediaya istinadən xəbər veririk ki, bədbəxt hadisə Hannover şəhərində baş verib. Qonşuların sözlərinə görə, 52 yaşlı ana ilə 27 yaşlı oğlunun cəsədini pəncərədən görüblər. Hadisə yerinə gələn xilasedicilər “staffordshire terrier” cinsindən olan iti tutublar. Polis ehtimal edir ki, it öz sahiblərinə hücum edərək onları parçalayıb.