Ərdoğan, Putin və Ruhaninin təhlükəsizliyini 4 min polis qoruyacaq
- 3-04-2018, 16:13
- 1 562
Rusiya və İran prezidentlərinin təhlükəsizliyini təmin etmək üçün Esenboğa hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
Bildirilib ki, Vladimir Putin və Həsən Ruhaninin qalacaqları mehmanxanalarda geniş təhlükəsizlik tədbirləri görülüb. Onların qalacaqları mehmanxanaların mərtəbələri tamamilə bağlanıb, ziyarət zamanı otelin ətrafı, ora açılan küçə və prospektlərdə qabaqlayıcı tədbirlər görüləcək.