Rusiyada dəhşətli yanğında ölən uşaqların sayı açıqlandı
- 27-03-2018, 14:08
- 1 217
“İnterfaks”a istinadən xəbərə görə, ümumilikdə yanğın zamanı 64 nəfər dünyasını dəyişib.
Ölənlərin siyahısı onların qohumları tərəfindən yaradılan qərargahda asılıb. Morqa baxış keçirən fəallar bildirib ki, ölənlərdən 41-i uşaqdır.
Qeyd edək ki, Kemerovo şəhərindəki dördmərtəbəli “Qış albalısı” ticarət mərkəzində yanğın martın 25-də baş verib. Yanğın 1500 kvadrat metr sahəni əhatə edib. Rusiya prezidenti hadisə ilə əlaqədar Kemerovo şəhərinə səfər edib.