Azərbaycanın ərazi bütövülüyünə təhqir: - Fransada qondarma Arsaka gedən yol işarəsi qoyulub
- 7-03-2018, 10:11
- 1 504
Yenicag.az xəbər verir ki, Fransanın Alforitvil şəhərinin girişində yerləşdirilən yol lövhəsində Azərbaycanın işğal olunmuş Laçın (Ermənicə “Berdzor” – red.) rayonuna istiqamətlənən yol işarəsi qoyulub.
Qeyd edək ki, İtaliya, Əlcəzair, Ermənistan və Portuqaliya istiqamətlərini göstərən yol işarəsində qondarma Dağlıq Qarabağın (Artsax) mərkəzlərindən biri sayılan Laçının (Berdzor) adı yazılıb.