Türkiyə yasda - 8 şəhid, 13 yaralı

Dünya

Xəbər verdiyimiz kimi, bu gün Afrinin Kəl Təpə bölgəsində terrorçularla şiddətli atışma baş verib

Atışma ilə bağlı Türkiyə Silahlı Qüvvələrindən (TSQ) açıqlama verilib.

Məlumata görə, döyüşdə 8 hərbiçi şəhid olub, 13-ü isə yaralanıb.

Nəticədə Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.