Tbilisi metrosunda tavan çökdü: Yaralılar var

Dünya

Gürcüstanın paytaxtı Tbilisidə “Varketili” metrostansiyasında asma tavanın bir hissəsinin uçması nəticəsində yeddi nəfər yaralanıb.

“Sputnik (Gürcüstan)”a istinadən xəbər veririk ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəolunması Agentliyi bəyanat yayıb.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Hal-hazırda zərərçəkənlərin təxliyəsi üzrə işlərin yekunlaşdığı xəbər verilir.