Avropalılar artan münaqişələrdən narahatdır - AŞPA-nın yeni prezidentinin ilk çıxışı

Dünya

Avropalılar artan münaqişələrdən narahatdırlar.

Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri Mikele Nikoletti ilk çıxışında deyib.

M.Nikoletti bildirib: "Vətəndaşlarımızın çox hissəsi siyasətdən narazıdırlar. Onlar getdikcə artan ekoloji problemlər və münaqişələrdən ciddi narahatlıq keçirirlər və siyasəti gücsüz hesab edirlər".

O qeyd edib ki, dövrün çağırışlarını həll etmək üçün qurumun bütün 47 üzv dövlət və nümayəndə heyətlərinin fəal iştirakı vacibdir.