Ukrayna “8 Mart”dan imtina edir
- 17-02-2017, 22:18
- 1 759
Bu barədə Ukrayna mediasına istinadən məlumat veririk.
Məlumata əsasən, sovet təsirini tam aradan qaldırmaq istəyən Ukraynanın Beynəlxalq Xatirə İnstitutunun hazırladığı qanun layihəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü rəsmi bayram statusunu itirib.
İnstitutun direktoru Vladimir Vyatroviç bildirib ki, 9 May - Qələbə Gününu heç kim ləğv edə bilməz:
“Lakin bu tarixi günün əvəzinə, 8 May - Xatirə və Barışıq Günü qeyd olunacaq. 8 Mart - Qadınlar Günü kimi qeyd edilsə də, adi iş günü olacaq”.