Ərdoğandan sərt ABŞ açıqlaması - “Hərəkat hər an başlaya bilər”
- 15-01-2018, 16:45
- 1 393
“Bu millət küllərindən doğub. Üzr istəyirəm, ayağı kirli bəziləri Suriyadan durub bizi təhdid edir.
Amerika ölkəmizin sərhədləri boyu terror ordusu qurduğunu etiraf edib. Bizə düşən bu terror ordusunu daha doğmadan boğmaqdır. Terror təşkilatının üstündəki bayraqlarınızı özünüz endirin ki, biz sizə təslim etmək məcburiyyətində qalmayaq. Terrorçularla birlikdə olanları torpağa basdırmaq məcburiyyətində qalmayaq”.
Ərdoğan hazırlıq mərhələsində olan Afrin əməliyyatı ilə bağlı danışıb: “Türkiyə Silahlı Qüvvələri ən qısa vaxtda Afrin və Münbiç məsələsini Allahın izni ilə həll edəcək. Hərəkat hər an başlaya bilər".