Putin Trampa təşəkkür etdi
- 18-12-2017, 14:05
- 1 370
Xarici mediaya istinadən xəbər veririk ki, Rusiya Federal Təhlükəsizlik Servisi Sankt Peterburqda terror aktı planlaşdıran İŞİD üzvü olan 7 şəxsi həbs etmiş, çox sayda partlayıcı, silah, plakatlar ələ keçirmişdi. Terror planı barədə məlumatı isə ABŞ əldə etmiş və bu barədə Rusiyanı məlumatlandırmışdı.
Putin Donald Trampdan əlavə, Mərkəzi Kəşfiyyat Agentliyinin sədri və əməliyyatda iştirak edən digər şəxslərə də təşəkkür ünvanlayıb.
Qeyd edək ki, Sankt Peterburqda aprel ayında törədilən teraktda 13 nəfər dünyasını dəyişmişdi.