Qəzza bombardman altında: Ölənlər var

Dünya

İsrail ordusunun Qəzza zolağına endirdiyi aviazərbələr zamanı iki nəfər ölüb.

xalqxeber.az-ın xəbərinə görə, bu barədə RİA Novosti nəşri məlumat yayıb.

Qeyd olunur ki, ölənlərin cəsədləri İsrail qırıcılarının endirdiyi zərbələrdən sonra dağıntılar altından aşkarlanıb.

Hücum nəticəsində daha 25 nəfər yaralandığı bildirilir.