Qüdsdə iğtişaşlar: Yaralılar var
- 8-12-2017, 16:03
- 1 351
Aksiya iştirakçılarının bir qrupu Köhnə şəhərin yaxınlığındakı küçəni bağlayıb. İsrailin Süvari polisləri onları dağıtmağa çalışır.
Aksiya iştirakçılarından bir neçəsi xəsarət alıb. Onların təcili yardım maşınlarında aparıldığı bildirilir.
Toqquşma zonasına əlavə polis dəstələri də cəlb edilib.
Xatırladaq ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasını elan edib.