Dörd ölkənin axtardığı terrorçunun ölümü təsdiqləndi
- 1-12-2017, 15:17
- 1 570
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib. O bildirib ki, Ə. Çatayevin şəxsiyyəti ABŞ-dan gələn mütəxəssislərin köməyilə aparılmış ekspertiza nəticəsində müəyyən olunub.
Qeyd edək ki, antitterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, 1 nəfər isə saxlanılıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb.