Mnanqaqva Zimbabvenin prezidenti oldu
- 24-11-2017, 15:01
- 1 474
O, əlini Tövrata qoyaraq təntənəli surətdə and içib. Daha sonra Mnanqavanın üzərinə ölkə bayrağının rənglərindən ibarət lent taxılıb və o, Zimbabvenin prezindenti elan edilib.
75 yaşlı Mnanqaqva noyabrın əvvəlində birinci vitse-prezident vəzifəsindən azad edilmişdi. KİV-in məlumatına əsasən, sabiq prezident Muqabe Mnanqaqvanı həyat yoldaşı Qreysin təzyiqi altında vəzifəsindən kənarlaşdırmışdı. Bildirilir ki, Qreys həyat yoldaşı öldükdən sonra özü ali vəzifəyə keçməyi planlaşdırırmış.