Soçidə Türkiyə və İran nümayəndələri arasında insident
- 23-11-2017, 11:08
- 1 452
Məlumata görə, İran nümayəndə heyəti, o cümlədən İran İslam Respublikası prezidentinin mühafizəsi təyin edilmiş vaxtdan tez gələn Türkiyə nümayəndə heyətini görüşün keçiriləcəyi zaldan çıxarmağa çalışıb.
Türkiyə nümayəndə heyəti isə görüş yerini tərk etməyib və protokola əsasən dövlət başçılarının gəlişinədək zala daxil olmaq haqlarının olduğunu bildirib.
İnsidentə görə prezidentlərin görüşü təqribən 10 dəqiqə ləngiyib.