Qarabağda mina partlayıb, üç erməni hərbçi ölüb
- 22-11-2017, 10:29
- 1 434
Hadisə noyabrın 21-də, saat 18:35-də baş verib.
İşğalçı ordunun hərbi hissələrindən birində minanın partlaması nəticəsində Geqam Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Abramyan (1998-ci il təbəllüdlü) və Sarkis Məlikyan (1997-ci il təvəllüdlü) ölüb.
Daha bir hərbçi Harek Oveyan (1997-ci il təvəllüdlü) yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.