Azərbaycanlının da olduğu haker qrupu - Bankdan 1 milyon oğurladı
- 16-11-2017, 13:25
- 1 364
xalqxeber.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hakerlər Çində yerləşən bankomat vasitəsilə Ukrayna bankından təxminən 1 milyon dollar çıxarıblar. Hadisə ötən ilin aprelində baş verib.
Faktla bağlı Ukrayna Baş Prokurorluğu araşdırmaya başlayıb. Şübhəli şəxslər siyahısında Ukrayna, Rusiya, Ermənistan və Azərbaycan vətəndaşları var.