İstanbulda atışma: Ölənlər var

Dünya

İstanbulda gecə klublarının birində baş verən atışmada iki nəfər ölüb.

Türkiyə KİV-ə istinadən məlumata görə, insident nəticəsində daha altı nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Ölən və yaralanan şəxslərin hamısı Türkiyə vətəndaşlarıdır.

Hazırda polis atışmada iştirak edən daha iki nəfəri axtarır.