Türkiyə Atatürkü anır - Foto

Dünya

Türkiyə Cümhuriyyətinin qurucusu Böyük Öndər Mustafa Kamal Atatürkün vəfatının 79-cu ili dövlət mərasimi ilə anılıb.

"Anadolu” agentliyinə istinadən xəbər veririk ki, tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Qəhrəman, Baş Qərargah rəisi general Hulusi Akar, CHP-nin sədri Kamal Kılıçdaroğlu, Nazirlər Kabinetinin üzvləri, MHP-nin rəhbəri Dövlət Bağçalı və digər yüksək səviyyəli şəxslər iştirak edib.

Atatürkün vəfat etdiyi saatda, 09.05-də isə bütün ölkə ərazisində bir dəqiqəlik sükut ilə xatirəsi yad edilib.