Satirik Mixail Zadornov öldü

Dünya

Məşhur Rusiya yazıçısı və satiriki Mixail Zadornov dünyasını dəyişib.

Bu barədə Rusiya KİV-ə istinadən xəbər veririk.

Yazıçı uzun müddət onkoloji xəstəlikdən – baş beyin xərçəngindən əziyyət çəkib. 69 yaşlı yazıçı həyatının qalan günlərini ailəsi və yaxınlarının əhatəsində keçirmək üçün son zamanlar tibbi proserdurlardan imtina etmişdi.