Ermənistanda tələbələrin etiraz aksiyası

Dünya

Yerevanda tələbələrin etiraz aksiyası davam edir.

Gənclər orduda xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasının əleyhinədirlər. Etirazlar artıq 4 gündür davam edir.

Yerevan Dövlət Universitetinin qarşısına toplaşan tələbələr dərslərdə iştirakdan imtina edirlər.

Ermənistan parlamentinin komissiyası müvafiq qanunu bu gün müzakirə edəcək.