İstanbulda 39 nəfəri öldürən qatil edam olunmasını istəyir
- 13-02-2017, 20:45
- 1 505
Məlumatıa görə, terrorçu məhkəməyə ifadəsində Türkiyə dövləti əleyhinə fəaliyyət göstərmədiyini bildirib: "Türkiyəyə qarşı bir hərəkət etmədim. Peşman deyiləm. Qisas aldığımı düşünürəm".
"Reina" hadisəsindən əvvəl hər hansı oxşar hərəkət etmədiyini deyən A.Maşaripov universitet məzunu və müəllim olduğunu qeyd edib:
"Mən İŞİD üzvüyəm. Dünyada xristianların törətdiyi qətllərə qarşı, onlardan intiqam almaq məqsədilə məhz onların bayram günündə bu addımı atdım. Məqsədim xristianları öldürmək idi. Haqqımda edam hökmü çıxarılsa, yaxşı olar".