Rusiyada zəlzələ oldu

Dünya

Rusiyanın Buryatiya Muxtar Respublikası ərazisində 5,0 bal gücündə zəlzələ baş verib.

Yaşayış məntəqələrində yeraltı təkanların gücü 4,0 baladək olub.

Zəlzələ həmçinin İrkutsk vilayətində də hiss olunub.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.