ABŞ-dan Türkiyəyə viza güzəşti
- 17-10-2017, 11:50
- 64 174
Türkiyə mediasına istinadən xəbər veririk ki, dünən alınan qərara əsasən, ABŞ səfirliyi tibbi və digər vacib insani vəziyyətlərdə Türkiyə vətəndaşlarına viza verəcək.
Qeyd edək ki, ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşı Mətin Topuz FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək həbs edilmiş, ABŞ isə bu qərara etiraz olaraq Türkiyə vətəndaşlarına qeyri-miqrant vizaların verilməsini dayandırmışdı.